Ocaq Lənkəran rayonunun Göyşaban kəndində yerləşir. Pir Mir Fatma adlı Seyyidənin adı ilə bağlıdır.
Ocağın sahibi Mir Əhməd ağanın qızı Mir Fatmaya aiddir. Mir Fatma Abbasova 1928-ci ildə Göyşaban kəndində anadan olub. 67 il ömür sürən bu seyyidə Peyğəmbər övladı evdar qadın olmuşdur. O, 1995-ci ildə vəfat edərək, kənd qəbiristanlığında dəfn edilmişdir. Mir Fatma atası Mirəhməd ağa kimi kəramətli seyyid olduğu üçün, vəfatından sonra onun yaşadığı ev ziyarətgaha çevrilmişdir. “Mir Əhməd ağa” və “Mir Fatma” ocaqları onların övladlarının yaşadıqları həyətdə yerləşir. “Mir Əhməd ağa” və “Mir Fatma” ocaqlarının yerləşdiyi ərazi yerli sakinlər tərəfindən “Seyyidlər” adlandırılır.
Mənbələr:
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.