Ocaq Lənkəran rayonunun Kərgəlan kəndində, Kərgəlan üç yol ayrıcısının sol tərəfə dönən yolunun sağında yerləşir. Ocağın sahibi Mir Həsən ağanın əmisi oğlu Mir Ağa adlı seyyiddir.
Mir Ağa bu bölgənin tanınmış seyyidlərindəndir. Mir Ağa 16 mart 1913-cü ildə anadan olub.O,1983-cü ildə vəfat edib və yuyulduğu yer ziyarətgaha çevrilib.
1967-ci ildə bu ocaqda məqbərə tikilmişdir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.