Lənkəran rayonu Mir Əhməd ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşir. Pir Mir Əhməd adlı seyyidin adı ilə bağlıdır.

Mir Əhməd Mirbəşir oğlu Abbasov 1888-ci ildə Göyşaban kəndində anadan olub. Onun babası Seyyid Abbas XIX əsrin ortalarında Xorasandan (Məşhəd) buraya köçüb. Mir Əhməd ağa öz dövrünün tanınmış seyyidlərindən olub. O, hər zaman ona üz tutanlara kömək edib. Mir Əhməd ağa 1953-cü ildə vəfat edib və kənd qəbiristanlığında dəfn edilib.

Hal-hazırda ağanın yaşadığı ev ziyarətgah kimi fəaliyyət göstərir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.