Lənkəran rayonu Lüvəsər kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Lüvəsər kəndində yerləşir. İbadətgah XX əsrdə inşa edilib. İbadət evi kənd sakini, xeyriyyəçi Hacı Qurbanəlinin şəxsi vəsaiti ilə tikilib.

İbadətgah düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin damı dəmir təbəqə ilə örtülüb, tavanı isə taxtadandır. İbadətgahın güldəstə formasında günbəzinin hündürlüyü 2 metrdir, dördguşəlidir və gözlükləri (balaca pəncərə) rəngli şüşələrlə işlənib. Məscidin iki qapısı və altı pəncərəsi var. İbadət evinin minbəri taxtadandır və dördpilləlidir. İbadətgahın ön tərəfində eyvan yerləşir və onun damı şiferlə örtülüb.

Sovet dövründə məscid fəaliyyət göstərməmişdir, lakin 1990-cı ildə ibadət evinin fəaliyyəti bərpa edilmişdir.

Məscid 2017-ci ildə əsaslı təmir olunmuşdur, kirəmitdən olan damı dəmir təbəqə ilə əvəz olunmuşdur.

Lüvəsar kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.