Lənkəran rayonu Küvənil kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Küvənil kəndində yerləşir. İbadətgah 1977-ci ildə tikilib. İbadət evi Əliheydər Qasımov və Xalıq Əliyevin tərəfindən inşa olunub. Tikinti işlərinə rəhbərlik edən isə həkim Yusif İbadovdur.

Məscid dördbucaqlı formaya malikdir və qırmızı kərpicdən inşa hörülüb.

İbadətgahın tavanı taxtadandır və üç boru sütun üzərində dayanır. Taxtadan olan minbər üçpilləlidir. Məscidin iki giriş qapısı var.

İbadət evinin həyətində 1977-ci ildə tikilən hüseyniyyə də var.

Sovet dövründə məscid bağlanmışdır, 1990-cı ildə isə fəaliyyətini bərpa etmişdir.

Vaxtıilə bu məscidin yerində köhnə məscid olub və onun tikilmə tarixi XIX əsrin əvvəllərinə aiddir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.