Məscid Lənkəran rayonunun Kərgəlan kəndinin mərkəzində, Lənkəran-Lerik şose yolunun 6 km-də yerləşir. İbadətgah 1 noyabr 1993-cü ildə kənd sakini Qurbanov Südeyfin təşəbbüsü ilə inşa olunub.
İbadət evi düzbucaqlı formadadır və kərpicdən tikilib. Məscidin iç hissəsi üç taxta dirək üstündə qurulub. İbadətgahın iki giriş qapısı var. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. Məscidin qoşa minarəsi var və onların hündürlüyü 8 metr təşkil edir. Minarələrin baş hissələrində günbəz var və onların üzərində aypara yerləşir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://gomap.az