Lənkəran rayonu İstisu qəsəbə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşir. İbadətgah 2005-ci ildə inşa olunub. İbadət evi Hacı Fərəc oğlu Əhədovun şəxsi vəsaiti hesabına tikilib. Məscid yerli ustalar Möhübbət Kərimov, Dədəkişi Ağayev və Məcid Quliyev tərəfindən inşa olunub.

İbadətgah düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadət evinin tavanı taxtadandır, damı  isə dəmir təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində eyni ölçüdə iki pəncərə və iki qapı, yan tərəfində isə bir cüt pəncərə var. İbadət evinin 22 metr hündürlükdə minarəsi yerli usta Abdulov Emil Muradxan tərəfindən tikib. Məscid iki hissəyə bölünüb: kişilər və qadınlar şöbəsi.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.