Məscid Lənkəran rayonunun Hirkan qəsəbəsinin mərkəzində, yolun sağ tərəfində yerləşir. İbadət evi 1999-cu ildə inşa edilib. İbadətgah kənd sakini Elşad Əyyub oğlu Quliyevin şəxsi hesabına yerli ustalar tərəfindən tikilib.
Məscid kərpicdən hörülüb. İbadət evinin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. İbadətgahın tağvari formada iki giriş qapısı və altı pəncərəsi var. Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi ikimərtəbəlidir. İbadət evinin mərkəzində şəbistan yerləşir. İbadətgahın güldəstə formasında günbəzinin hündürlüyü 2 metr təşkil edir. Məscidin taxtadan beşpilləli minbəri var. İbadət evinin minarəsi qırmızı kərpicdən inşa edilib və hündürlüyü 15 metrdir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.