Ocaq Lənkəran rayonunun Günəhir kəndi ərazisində, “Lisəynə rəğ” adlanan ərazidə yerləşir.
1980-ci illərdə Bakıda yaşayan, əslən Günəhirlidən olan hərbçi Əlirza Xəlil oğlu yuxuda “Lisəyni rəğ”-də ziyarətgah olduğunu görmüşdür. Yuxudan bir müddət sonra Günəhir kənd sakini Aslan Rəhman oğlu Zabitov bu ərazidə iki naməlum qəbir tapmışdır. Məhz bundan sonra həmin yer müqəddəs hesab edilir.
Ocaq əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.