Lənkəran rayonu Göyşaban kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Göyşaban kəndində,  Cəfər Cabbarlı küçəsində yerləşir. İbadət evi 1904-cü ilin may ayında tikilib. İbadət evi, həmçinin Qəmişavan məscidi kimi də tanınır.

İbadətgah düzbucaqlı formaya malikdir və kərpicdən tikilib. Məscidin damı kirəmitlə örtülüb. İbadət evinin güldəstə formasında olan günbəzi dördguşəlidir və dəmir təbəqə ilə işlənib. Mascidin tavanı taxtadandır və dörd dəmir boru sütun üzərində dayanıb.

Məscidin minarəsi olmadığından, 2011-ci ildə onun sol tərəfində hündürlüyü 21 metr olan minarə tikilmişdir. Bu minarəni yerli usta Hacı Ağamirzə Mirzəyev inşa etmişdir.

2007-ci ildə məscidin həyətində hüseyniyyə tikilmişdir.

Sovet dövründə ibadətgah anbar kimi istifadə olunub. Lakin 1989-cu ildən məscidin fəaliyyəti bərpa edilib. 2009-cu ildə ibadətgah əsaslı təmir olunub.

Lənkəran rayonu Göyşaban kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Əvvəllər bu ibadətgahın yerində köhnə məscid var idi, lakin o yararsız hala düşdüyündən, yenisi tikilmişdir. Köhnə məscid XIX əsrin sonlarında inşa edilmişdir. Rusiya imperiyasının hərbi dəftərxanalarındakı 1856-1870-ci illərə aid sənədlərdə köhnə məscid haqqında qeyd olunmuşdur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. https://gomap.az