Lənkəran rayonu Gərmətük Hüseyniyyəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Hüseyniyyə Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşir. Yerli sakinlərin sözlərinə görə, ibad’tgah 1887-ci ildə inşa edilib. Hüseyniyyə Hacı Hüseyn, Kərbəlayı Nurulla və Kərbəlayı İshaq adlı şəxslərin vəsaiti ilə tikilib.

Məhərrəm aylarında Hüseyniyyədə camaat ehsan verir və İmam Hüseynə (ə.s) matəm məclisləri qurur.

Sovet dövründə bura məktəb, idarə, klub binası kimi istifadə olunub. 1990-cı illərdə Hüseyniyyə təmir olunub və fəaliyyətinə davam edib.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.