Lənkəran rayonu Digah kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Lənkəran rayonu Digah kənd məscidiMəscid Lənkəran rayonunun Digah kəndinin mərkəzində yerləşir. İbadət evi XIX əsrdə inşa edilib.

Məscidin binası düzbucaq formadadır. İbadət evi kərpicdən tikilib və beş mişar daşının üzərində dayanıb. Məscidin beş böyük, tağvari formada pəncərəsi və iki qapısı var. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir və kişilər üçün olan zaldan taxta şəbəkə ilə ayırılır. Məscidin damı və günbəzi qırmızı kirəmitlə üzlənib. Günbəz dördguşəlidir və güldəstə formasındadır.

Sovet dövründə məscid anbar kimi istifadə olunub. 1988-ci ildə ibadətgahın fəaliyyəti yenidən bərpa edilib. 1993-cü ildə məsciddə təmir və abadlaşdırma işləri aparılıb.

Lənkəran rayonu Digah kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsidir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.