Lənkəran rayonu Daşdatük kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Daşdatük kəndində yerləşir. İbadət evi XX əsrdə tikilib.

Məscid mişar daşından inşa edilib. İbadətgahın tağvari formada altı plastik pəncərəsi və iki giriş qapısı var. Qapıların üstündə yağışdan qorunmaq üçün dəmir dirəklər üzərində dam örtüyü düzəldilib. Məscidin damı dəmir təbəqə ilə örtülüb, üzərində azan vermək üçün günbəz var.

Əvvəllər bu məscidin yerində köhnə məscid var idi. Yerli sakinlər bu məsciddən ziyarətgah kimi də istifadə edirdilər. Köhnə tikilinin bir taxta giriş qapısı və üç pəncərəsi var idi.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.