Məscid Lənkəran rayonunun Cil kəndində yerləşir. İbadətgah 1903-cü ildə inşa edilib.
İbadət evi düzbucaqlı formadadır və kərpicdən tikilib. Məscidin damı kirəmitlə örtülüb. İbadətgahın tavanı düzbucaqlı formadadır və beş taxta sütun üzərində dayanıb. Məscidin iki giriş qapısı var, onlar taxtadan düzəldilib və tağvari formaya malikdir. İbadət evinin 19 metr hündürlükdə minarəsi var.
Məscid sovet dövründə anbar kimi istifadə olunub. 1994-cü ildə burada təmir işləri aparılıb.
2013-cü ildə məscid bərpa olunub.
Lənkəran rayonu Cil kənd Hüseyniyyə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.