Lənkəran rayonu Çay Fabriki İstisu-Kirov qəsəbə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşir. İbadət evi 2005-ci ildə inşa olunub. İmam Həsən məscidi kimi də tanınır. İbadətgah qəsəbə sakini Mirmehdi Mirayaz oğlu Nəhmətov tərəfindən şəxsi hesabına tikilmişdir.

Məscidin tavanı taxtadandır və yerli ustalar İslam Fayaz oğlu Seyfullayev, Kərbəlayı Tofiq Ağagül oğlu Bayramov tərəfindən hörülmüşdür. İbadətgahın ön tərəfində dörd pəncərəsi, yan tərəfində isə bir cüt pəncərəsi və bir cüt qapısı var. Məscidin damı kirəmitlə örtülüb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.