Lənkəran rayonu Balıqçılar qəsəbə təzə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Lənkəran rayonunun Balıqçılar qəsəbəsində yerləşir. İbadətgah 1992-ci ildə inşa olunub. İbadət evi yerli əhalinin şəxsi vəsaiti hesabına tikilib.

Məscidin divarları yaşıl rənglə boyanıb. İbadətgahın qarşı tərəfindən iki giriş qapısı var və onların üstündə dirəklər üzərində dəmirdən dam qurulub. İbadət evinin tavanı taxtadandır və üç dirək üstündə dayanır. Məscidin damı yaşıl rəngli məxmər təbəqə ilə örtülüb. İbadətgahın damında günbəzvari minarə yerləşir və oradan azan verillir. İbadət evinin ön hissəsində iki enli pəncərə var. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi.

İbadətgah 2015-2016-cı illərdə əsaslı təmir edilib.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.