Ziyarətgah Lənkəran rayonunun Veravul kəndinin Türkoba məhəlləsində yerləşir. Ocaq dördüncü İmam Səccadın (ə.s) nəslindən hesab olunan Ağaşərif ağanın adı ilə bağlıdır.
Ağaşərif Mirşərif oğlu 1922-ci ildə Veravul kəndində anadan olmuşdur. Deyilənlərə görə, seyyid olan Ağaşərif ağa çox ömür sürməmiş və 19 yaşında vəfat etmişdir. Ölümündən sonra onun qəbri ziyarətgaha çevrilmişdir.
2000-ci ildə xeyriyyəçi Hacı Adəsət Əhməd oğlu Quliyevin şəxsi vəsaiti ilə məzarın üzərində məqbərə inşa edilmişdir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.