Lənkəran rayonu Ağabəy ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunda, Girdəni kəndinin Orta (Mionə) məhəlləsində, Gülağa Həbib oğlu Babayevin həyətyanı sahəsində yerləşir. Ziyarətgahın yaranması XV-XVI əsrlərə təsadüf edir.

Ocaq Ağabəy adlı seyyidin adı ilə bağlıdır. Onun qəbri ziyarətgaha çevrilmişdir. Deyilənlərə görə, Ağabəy, Girdəni kəndində adına ocaq olan Şahsubəyin qardaşı olmuşdur.

Son vaxtlara qədər kənd sakinlərinin dini mərasimləri burada keçirilmişdir. 2012-ci ildə ocaq üzərindəki köhnə tikili sökülərək, yerində yeni məqbərə inşa edilmişdir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.