Lənkəran rayonu Ağa Mirdayan ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Lənkəran rayonunun Xarxatan kəndinin Cəddoba məhəlləsində, Ağa Mirbəşir Mirdayan oğlunun həyətyanı sahəsində yerləşir. Ocağın yaranma tarixi məlum deyil.

Əvvəllər ocağın ərazisində yerləşən qədim nil (azat) ağacı müqəddəs hesab edilərək ziyarət olunub. Sonralar Mirdayan adlı seyyid ocaq ərazisində məskunlaşıb.

Mirdayan Mirməmməd oğlu Məmmədov 1868-ci ildə Xarxatan kəndində anadan olub. O, 1978-ci ildə 110 yaşında vəfat edərək qonşu Cil kəndindəki Sexəlifə və ya Seyidxəlifə adlanan ocağın yerləşdiyi qəbiristanlıqda dəfn edilib. Mirdayan ağa ziyarət olunan nil (azat) ağacının dibində istirahət edib, namaz qıldığı üçün həmin yer sonralar onun adı ilə əlaqədar Ağa Mirdayan ocağı adlandırılıb.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.