Məscid Lənkəran rayonunun Əşlə kəndi ərazisində yerləşir. İbadət evi 1990-cı ildə inşa edilib. İbadətgah kənd sakini Hacı Mirzəxan Nəzər oğlu Alişanovun şəxsi hesabına tikilib.
İbadət evi düzbucaqlı formadadır. Məscidin tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. İbadət evinin ön tərəfində bir cüt qapı, dörd pəncərə və yan tərəfində bir cüt pəncərə var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.