İsmayıllı şəhər Məhəmmədiyyə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid İsmayıllı şəhərinin M.Orucov küçəsindəki qəbiristanlıqda yerləşir. İbadətgah  1989-1994-cü illərdə yerli əhali tərəfindən inşa edilib.

İbadət evi düzbucaqlı formadadır, mişar daşından və kərpicdən tikilib. Məscidin tavanı fanerdən, damı isə şiferdəndir. İbadətgahın ön tərəfində dörd pəncərə və iki giriş qapısı var. Giriş qapıları tərəfdə eyvan yerləşir. İbadət evinin minbəri yeddipilləlidir və taxtadan düzəldilib. İbadət zalının yan tərəfində yardımçı otaq mövcuddur.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.