İmişli rayonunun Otuziki kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İmişli rayonu Otuziki kənd məscidi (6)Məscid İmişli rayonunda, Araz çayının Qaradonlu tərəfində yerləşir. İbadət evi 1988-ci ildə yerli sakinlərin şəxsi vəsaiti hesabına inşa edilib.

İbadətgah betondan tikilib və düzbucaqlı formaya malikdir. Məscidin damı kirəmitlə üzlənib. İbadət evinin 15 metr hündürlüyündə yaşıl rəngli bir minarəsi var. İbadətgahın ön hissəsində beş plastik pəncərə və iki giriş qapısı yerləşir. İbadət zalının tavanı dörd sütun üzərində dayanır. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Şöbələr bir-birindən pərdə arakəsmə ilə ayrılıb. İbadət zalında yeddipilləli taxta minbər mövcuddur.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.