İmişli rayonu Bəcirəvan kənd məscidi II

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İmişli rayonu Bəcirəvan kənd məscidi II (2)Məscid İmişli rayonunun Bəcirəvan kəndində yerləşir. İbadət evinin bünövrəsi 1987-ci ildə qoyulub. Lakin maddi vəsait çatışmazlığı səbəbindən ibadətgahın tikintisi 1997-ci ilədək dayandırılıb.

Məscid mişar daşından tikilib və düzbucaqlı formaya malikdir. İbadət evinin damı yaşıl şiferlə üzlənib. Damda bir böyük və iki kiçik günbəz yerləşir. Günbəzlərin üstündə dəmirdən aypara və səkkizguşəli ulduz rəmzi quraşdırılıb. Məscidin tavanı taxtadandır. İbadətgahın önündə tağvari altı pəncərə və düzbucaqlı iki giriş qapısı, arxasında isə altı pəncərə var. Qapıların önündə açıqşəkilli eyvan mövcuddur. Məscidin zalı iki hissəyə bölünüb: qadınlar və kişilər şöbəsi. İbadət zalında beşpilləli taxta minbər yerləşir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.