Məscid İmişli rayonunun Bəcirəvan kəndində yerləşir. İbadətgah 1990-cı ildə inşa edilib.
İbadət evi mişar daşından hörülüb. Məscidin tağvari formada beş pəncərəsi və düzbucaqlı formada iki qapısı var. İbadətgahın iki giriş qapısının önündə iki sütun üzərində dam artırılıb. İbadət evinin damı yaşıl dəmir təbəqə ilə örtülüb. Məscidin iki minarəsi və bir günbəzi mövcuddur. İbadətgahın həyətyanı sahəsi hasara alınıb.
Bu ibadət evinin yerində əvvəllər köhnə məscid olmuşdur. Həmin ibadətgah 1940-cı ildə inşa edilmişdir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.