İçərişəhərin İmam Əli məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Həzrəti Əli məscidi Bakıda, İçərişəhərdə, Asəf Zeynallı küçəsi 18-də yerləşir. Bu məscid həmçinin Seyid Yahya Murtuza məscidi adlandırmışdır. Məscid XVII əsrin əvvəllə­rində inşa edilmişdir. Din xadimi Seyid Yahya Murtuza bu məscidi öz şəxsi vəsaiti hesabına, orta əsr karvan-ticarət yolu üzərində tikdirmişdir. İbadət evi indi İmam Əli məscidi kimi tanınır.

Seyid Yahya Murtuza məsciddə axund olaraq fəaliyyət göstərmiş­dir. O, vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının kənarında yerləşir.

Məscid kvadrat for­malıdır və böyük ibadət zalına malikdir. Bir giriş qapısı var. Məscid əllə yonulmuş sal daşlardan tikilib. Damın üstündən ucaldılan günbəzə dörd ədəd gözlüklər (balaca pəncərələr) qoyulub. Məscidin günbəzi də yonulmuş sal daşlarla işlənib.

Məscid SSRİ dövründə dülgər emalatxanası kimi fəaliyyət göstərmişdir. Hazırda məscid kimi fəaliyyət göstərir.

Mənbələr:

  1. Fərhadoğlu, Kamil . İçərişəhər. Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bakı-2006.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.