İçərişəhər Şeyx İbrahim məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İçərişəhər Şeyx İbrahim məscidiMəscid Bakı şəhərində, İçərişəhərdə, A.Zeynallı küçəsi 25-də yerləşir. İbafət evi hicri-qəməri təqvimi ilə 818-ci ildə (1415) inşa edilib. İbadətgah Şirvanşahların hökmdarı İbrahimin dövründə tikilib və onun adını daşıyır.

Fasad üzərindəki epiqrafık yazı sifarişçi Hacı Əmirşah Yaqub oğlunun adını göstərir. Digər yazı isə məscidin Ağa Qafar Hacı Murad oğlu adlı şəxs tərəfindən bərpa olunması haqqında məlumat verir.

Məscid düzbucaqlı formadadır və çatma formalı daş qübbə ilə örtülüb. İbadət evinin mehrabı ənənəvi yan divarda deyil, uzunluğuna olan divarda yerləşir.

Şeyx İbrahim məscidi ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir. İbadət evi 2000-ci ildən UNESCO Ümumdünya İrsinə daxildir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Fərhadoğlu Kamil. İçərişəhər. Bakı-2006.
  3. kataloq.gomap.az