Hövsan qəsəbəsi Qərib ağa ziyarətgahı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ziyarətgah Bakının Hövsan qəsəbəsində yerləşir. Pirin yaranma tarixi məlum deyil. Ehtimal edilir ki, ziyarətgahın 100 ildən çox yaşı var.

Qərib ağa adlı bu şəxs vaxtilə Hövsana gəlib və orada məskunlaşıb. Onun əsl adı və kim olduğu bilinmir. Lakin Qərib ağanın İmam övladı olduğu ehtimal edilir. Burada vəfat edən Qərib ağanın qəbri bir müddət bilinməyib, dəniz suyunun səviyyəsi qalxdıqından isə indiki pirin yeri itib. Lakin təxmini 160 il bundan əvvəl Xanmirzə adlı bir şəxs yuxu görür. Yuxuda ona yaşıl paltarlı, yaşıl atlı bir nəfər gəlib indiki pirin yerini göstərib, deyir ki, buranı qazın. Burada bizim övladlarımız yatır və onları qazıb çıxardın. Xanmırzə kişi bu yuxunu üç dəfə görür.

Bir müddət sonra həmin ərazidə qazıntı işlərinə başalayır və oradan üç qəbir çıxır. Xanmirzə kişi burada balaca bir türbə inşa edir.

1937-ci ildə həmin məqbərə dağıdılıb.

Sonralar pirin ərazisində yenidən türbə ucaldılıb. 2000-ci ilə kimi bu ibadətgah “İmam Hüseyn və Həzrəti Abbas” adına Cümə məscidinin nəzdində fəaliyyət göstərib. 2001-ci ildən ziyarətgah müstəqil fəaliyyətə başlayıb.

İddialara görə, 1990-cı illərində tikilidə təmir işləri aparılarkən oradan İslam Türk ordusunun əsgərlərinin qəbirləri tapılıb.

Mənbələr:

  1. https://azvision.az
  2. https://hafta.az