Hökməli qəsəbəsi Hacı Məhəmməd Həsən bəy məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Hökməli qəsəbəsi Hacı Məhəmməd Həsən bəy məscidiMəscid Abşeron rayonunun Hökməli qəsəbəsinin Seyidlər məhəlləsində yerləşir. İbadətgahın bünövrəsi hicri-qəməri təqvimi ilə 1312-ci (1894) ildə qoyulub.

Bu məscidə vaxtilə kənddə yaşayan Hacı Məhəmməd Həsən bəyin xatirəsinə hörmət əlaməti olaraq, onun adı verilib. İbadət evinin giriş qapısının üstündə kiril əlifbası ilə “Hacı Məhəmməd Həsən bəy cümə məscidi” sözləri qeyd olunub.

Mehrabın üstündə “Kəlmeyi-teyyubə” yazılıb və 1323-cü il (1905) tarixi göstərilib.

Məscid iki mərtəbədən ibarətdir. İbadətgahın ikinci mərtəbəsi eyvan formasındadır. İbadət evinin günbəzinin diametri 5 metrdir və onun üzərində üç pəncərə qoyulub.

Əvvəllər məscidin nəzdində mədrəsə fəaliyyət göstərib. Vaxtilə bu məsciddə İslam Şərqinin dini universitetlərində təhsil almış nüfuzlu din xadimləri axundluq ediblər.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.