Məscid Hacıqabul şəhərinin mərkəzində, Yengibar Şirəliyev küçəsi 20-də yerləşir. İbadət evi 1993-cü ildən etibarən yerli sakin Seyidəli Mirfəttah tərəfindən inşa edilir. Buraya, həmçinin Yadulla məscidi də deyirlər.
İbadətgah beton və mişar daşından inşa edilib. Məscidin beş günbəzi var. Günbəzlərdən ikisinin diametri 7, qalanlarının isə diametri 3 metr təşkil edir. İbadətgah minarəsiz tikilib, lakin məscidin həyətində qoşa minarə üçün bünövrə qoyulub. İbadət evi iki hissədən: qadın və kişi zallarından ibarətdir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.