Məscid Hacıqabul rayonunun Qubalı kəndində yerləşir. İbadət evi 1989-1990-cı illərdə yerli sakin Əsgərov Mirilyas tərəfindən inşa edilib.
İbadətgah mişar daşından tikilib və düzbucaqlı formaya malikdir. Məscidin bir günbəzi var, minarəsi isə yoxdur. Günbəzin üstü dəmir təbəqə ilə üzlənib və üzərində dəmirdən aypara rəmzi quraşdırılıb. İbadət evinin ön hissəsində açıqşəkilli eyvan yerləşir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.