Göyçay şəhər Əbəlfəzlil-Abbas məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Göyçay şəhərinin mərkəzində, Nətiman Nərimanov küçəsi 62-də yerləşir. İbadətgah 1898-1902-ci illərdə inşa edilib. İbadət evinin layihəsini memar Zivər bəy Əhmədbəyov hazırlayıb.

İbadətgah çin uslubunda tikilib. İbadət evi ikimərtəbəlidir və tutumu 700 nəfər təşkil edir. Məscidin fasad tərəfdən divarları kərpiclə işlənib. İbadətgahın damı dəmir təbəqə ilə örtülüb. İbadət evinin iç divarları açıq yaşıl rənglə işlənib və üzərinə ərəb dilində Quran ayələri və “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn” adları yazılıb. Qadınlar ikinci mərtəbədə, kişilər isə birinci mərtəbədə ibadət edir. Məscidin günbəzi dəyirmi formadadır və hündürlüyü 2 metrdir. Günbəzin üstü dəmir təbəqə ilə işlənib. İbadətgahın minbəri taxtadandır və doqquzpilləlidir.

1921-1930-cu illərdə məscid anbar kimi istifadə edilib. 1944-cü ildə rəsmi olaraq məscidin fəaliyyətinə icazə verilib.

1996-cı ildə məscidin yan tərəfində ikimərtəbəli bina tikilib.

Əvvəllər bu ibadətgahın yerində köhnə məscid olub. Lakin həmin ibadət evi 1896-cı ildə dağıdılıb və yerində yenisi inşa edilib.

Göyçay şəhər Əbəlfəzlil-Abbas məscidi yerli əhəmiyyətli mədəniyyət abidəsi hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://www.youtube.com
  3. https://kataloq.gomap.az