Göyçay rayonu Hacı Cəlil məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Göyçay rayonu Hacı Cəlil məscidiMəscid Göyçay rayonunun Alpout kəndində yerləşir. İbadətgahın inşa tarixi XIX əsrə aiddir.

İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin bir tağvari giriş qapısı və səkkiz pəncərəsi var. Pəncərələrin altısı tağvari formadadır. İbadətgahın giriş qapısının yuxarı hissəsində “Əssələmu ələykə Ya Əba Əbdillah” yazısı həkk olunub. Məscidin bir günbəzi var. Günbəzin damı dəmir təbəqə ilə örtülüb. İbadət evinin damı da dəmir təbəqə ilə örtülüb və on dəmir sütun üzərində artırılıb.

Mənbə:

  1. https://azertag.az