Məscid Goranboy rayonunun Qızılhacılı kəndində yerləşir. İbadətgahın inşa tarixi XVIII əsrə aiddir.
İbadət evi kərpicdən inşa olunub. Məscidin dam örtüyü qara dəmir, günbəzi isə ağ dəmir təbəqə ilə işlənib. İbadətgahın taxtadan altı pəncərəsi və iki giriş qapısı var. İbadət evinin giriş qapısının sağ və sol tərəflərində ərəbcə yazılar həkk olunub. Həmçinin ibadətgahın iki yardımçı otaqı var və oradan məscidin damına çıxış yerləşir. Məscid bir böyük, üç kiçik günbəzə və qoşa minarəyə malikdir. Minarələr dəyirmi formadadır və kərpicdən inşa olunub. Minarələrin və günbəzin üstündə ağ dəmir təbəqədən aypara rəmzi quraşdırılıb.
Qızılhacılı kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- www.mct.gov.az