Məscid Gəncə şəhərinin Təbriz küçəsində yerləşir. İbadətgah tikinti tarixi XIX əsrə aiddir. Bu tarix binanın kitabəsində də həkk olunub. Lakin yerli sakinlərin dediyinə görə, ibadət evi 1916-1917-ci illərdə Xəlfəli məhəlləsinin sakinlərinin vesaiti hesabına inşa edilib. Məscid tikintisinə təşəbbüs göstərənlərdən biri qaçaq Sarı Ələkbər olub.
İbadətgah düzbucaqlı formadadır və üstü kirəmitlə işlənib. İbadət evinin minarəsi və günbəzi yoxdur. Məscidin, həmçinin kiçik həyəti var.
Sovet dövrünün ilk illərində ibadət evi ibtidai məktəb, sonrakı illərdə isə kolxoz klubu kimi fəaliyyət göstərib. Deyilənə görə, ibadətgah binasından dustaqxana kimi də istifadə edilib.
Məsciddə hal-hazırda kitabxana və mədəniyyət idarəsi yerləşir.
Xəlfəli məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.
- http://www.mct.gov.az