Gəncə şəhəri Bala Bağman məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Gəncə şəhərinin Bağmanlar küçəsində yerləşir. İbadətgah 1884-cü ildə inşa edilib. İbadət evi Mirzə Kərim bəy Rəfibəylinin təşəbbüsü və digər məhəllə ağsaqqalarının təşkilatçılığı ilə məhəllə sakinlərinin vəsaiti hesabına tikilib. Məscid, həmçinin Mirzə Kərim bəyin adı ilə tanınır.

İbadətgah kərpicdən inşa edilib. Məscidin mehrabı tağvari formadadır, hündürlüyü 4 metrdir və o, əsas giriş qapısı ilə üzbəüz yerləşib. İbadət evinin pəncərələri şəbəkə ilə işlənib. İbadətgahın günbəzi 8 guşədən ibarət olan tağlar üzərində yerləşib.

Sovet dövründə məscid fəaliyyət göstərməyib. Sonralar məsciddə kitabxana qurulub. Bu gün də məscid 20 saylı kitabxana kimi fəaliyyət göstərir.

İbadət evi Gəncə şəhərinin birinci katibi Həsən Həsənovun dövründə (1979-1981-ci illər) bərpa edilib.

Bala Bağman məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr: 

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Fərrux Əhmədov. Gəncənin Tarix yaddaşı. Bakı-1998.
  3. https://gancapost.info
  4. https://www.youtube.com
  5. http://www.mct.gov.az