Məscid Abşeron rayonunun Fatmayı kəndində yerləşir. İbadət evinin tarixi XIX əsrə təsadüf edir. İbadətgah “Salam məscidi” kimi də tanınır.
Məscidin döşəməsi daş plitələrlə işlənib. İbadət evi iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. İbadət zalında dörd tağ yerləşir. Günbəzin diametri 5 metrdir və orada üç gözlük qoyulub. Məscidin ön tərəfində iki pəncərə və üç giriş qapısı var.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- lib.az – Fatmayi kəndinə səyahət