Fatmayı kənd İmam Hüseyn məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Fatmayı kənd İmam Hüseyn məscidiMəscid Abşeron rayonunun Fatmayı kəndində Cəlil Cavadov küçəsində yerləşir. İbadətgahın kitabəsindən məlum olur ki, ibadət evi kənd sakini, xeyriyyəçi Hacı Çingiz tərəfindən 1987-cu illərdə inşa olunub.

Məscid mişar daşından hörülüb. İbadət evinin tavanı və döşəməsi betondandır. İbadətgahın tavanı sütunlar üzərində dayanır. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Kişilər və qadınlar şöbəsini ayıran iki tağ üç kiçik sütun üzərində dayanır. İbadətgahın günbəzinin diametri 4 metrdır və onun üzərində dörd gözlük var. Günbəz daxildən sütunlar üzərində dayanır. Məscidin giriş qapısı portal formasındadır və əsas binadan bir qədər irəli çıxır. İbadət evinin mehrabı ornamentlərlə işlənib. İbadətgahın taxtadan bir neçə sivri uclu pəncərəsi var.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://scwra.gov.az
  3. https://kataloq.gomap.az
  4. http://lib.az