Fatmayı kənd Əlbatti məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Fatmayı kənd Əlbatti məscidiMəscid Abşeron rayonunun Fatmayı kəndində, Cəlil Cavadov küçəsində yerləşir. İbadətgahın giriş qapısının üstündəki daş kitabədə onun hicri-qəməri təqvimi ilə 1295-ci (1878) ildə inşa edildiyi yazılıb.

Kənd sakinlərinin sözlərinə görə, Əlbatti adı İçərişəhərdən kəndə köç edən Əlibeytlilər nəslinin adından gəlir. Ehtimal olunur ki, bu ad Əhli-Beyt (ə.s) tərəfdarları (Əhli-Beytli) mənasını ifadə edir.

Bu məscidin həyətində “Yeddi oğul istərəm” filminin bəzi fraqmentləri çəkilib.

Onun memarlıq üslubu Digah kənd məscidi ilə eynidir. İbadətgah iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://lib.az
  3. https://kataloq.gomap.az