Culfa rayonunun Kırna türbəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İbadətgahTürbə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində yerləşir.

Abidənin üzərində kitabə olmadığından tikintinin inşa tarixi müəyyən deyil. Lakin quruluş xüsusiyyətlərinə görə türbənin yaranma tarixini XIII əsrə aid edirlər.

Abidə kvadrat formasındadır. Türbə ikiqat örtüyə malikdir: daxildən çatmatağlı, xaricdən isə piramidaşəkilli günbəzlə örtülüb.

Hazırda abidə dağıdılmış vəziyyətdədir.

Mənbə:

  1. К.М. Мамедзаде. Строительное Искусство Азербайджана (с древнейших времен до XIX в.). Баку-1983.