Məscid Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndində yerləşir. İbadətgahın bünövrəsi XIX əsrdə qoyulub.
İbadət evi ikimərtəbəlidir və divarları çaylaq daşından hörülüb. Məscid kişi və qadın şöbələrinə ayrılıb. İbadət evinin damı şiferlə örtülüb və iki sütun üzərində dayanır. Məscidin bir minbəri var. İbadət evinin hündürlüyü 14 metr olan minarəsi mövcuddur, onun üzərində isə aypara rəmzi quraşdırılıb.
1987-1990-cı illərdə burada təmir-bərpa işləri aparılıb. Sovet dövründə məscid gübrə anbarı kimi istifadə edilib.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.