Culfa rayonu Xanəgah türbəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Culfa rayonu Xanəgah türbəsi Türbə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşir. Abidə orta əsrlərə aiddir. Ziyarətgah “Əmirxan türbəsi” kimi də tanınır.

Türbə binasında kitabə mövcuddur. Kitabədə “Bu şərəfli günbəzin bina olunmasına mərhum, xoşbəxt şəhid, Əmir Seyyid Əhməd əl-Oğulşaminin oğlu, sahib əl-əzəm Hacı Məhəmməd vəfat etmiş oğlu Əmirxan üçün ən böyük sultan, Sultan Cahanşah Bahadur xan zamanında (1435-1467) – Allah onun hökmranlığını əbədi etsin – əmr etmişdir. Adı qeyd edilən bani (günbəzi tikdirən Hacı Məhəmməd – H.S.) dəvət edən məqbərəyə üç vəqf etmişdir: əkilmiş yer … bu dəfn yeri olan günbəzə ildə …” sözləri həkk olunub.

Türbə altıbucaqlı prizma formasındadır, daş və kərpicdən tikilib.

Türbə zaman keçdikcə yağış və qar sularının təsirindən torpağın altında qalmışdı. Abidə 1978-ci ildə ərazidə təsərrüfat işləri aparılarkən aşkar olunmuşdur.

Mənbələr:

  1. Naxçıvan Abidələri Ensklopediyası. Naxçıvan-2008.
  2. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan-2017.
  3. Salamzadə Ə., Məmmədzadə K. Azərbaycan memarlığının Naхçıvan məktəbi abidələri. Bakı-1985.