Culfa rayonu Bənəniyar kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Culfa rayonu Bənəniyar kənd məscidiMəscid Naxçıvan Muxtar Respublikasında, Culfa rayonunun Bənəniyar kəndində yerləşir. İbadət evi XIX əsrin əvvəllərində inşa edilib.

İbadətgah düzbucaqlı formaya malikdir. Məscid iki mərtəbədən ibarətdir. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət zalı kimi istifadə edilir. İbadət evinin günbəzinin daxili hissəsində “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn” adları həkk edilib. Bu yazıların altında isə “Kəlimeyi-şəhadət” yazılıb.

1905-ci ildə məscid ermənilər tərəfindən yandırılıb. Sonralar isə burada təmir-bərpa işləri aparılıb. 1987-ci ildə Nuriyev İbrahim adlı yerli sakinin təşəbbüsü ilə məsciddə yenidənqurma işləri görülüb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.