Cəlilabad Abdullu kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Abdullu kənd məscidi Cəlilabad rayonunun Abdullu kəndi ərazisində yerləşir. Məscid yerli sakinlərin şəxsi vəsaiti ilə tikilib. Lakin ibadət evinin tikilmə tarixi haqqında dəqiq məlumat mövcud deyil.

Məscid dördbucaq formaya malikdir. İbadət evinin iki giriş qapısı var və onlar taxtadandır. Məscidin döşəməsi torpaqdan, tavanı isə taxtadandır və üç dəmir sütün üzərində dayanıb. Abidənin dörd pəncərəsi var və onlar dördbucaq formadadır.

Abdulla kənd məscidi yerli əhəmiyyətli tikili hesab edilir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bolgəsinin abidələr ensiklopediyası. Bakı-2020.