Məscid Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində yerləşir.
İbadət evi düzbucaqlı formadadır. Məscidin tavanı taxtadandır, damı isə yaşıl rəngli məxməri təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində bir neçə pəncərə və bir qapı var. Məscidin damında dairəvi günbəz var və onun damı yaşıl rəngli təbəqə ilə örtülüb. İbadət evinin 12 metr hündürlüyüdə iki minarəsi var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.