Məscid Cəlilabad rayonunun Musalı kəndi ərazisində yerləşir.
İbadət evi düzbucaqlı formadadır. Məscidin tavanı taxtadandır və yerli ustalar tərəfindən hörülüb, damı isə yaşıl rəngli məxməri təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində bir neçə pəncərə və bir qapı var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün altı dəmir dirək üzərində dam artırılıb. İbadət evinin damında azan vermək üçün kvadrat günbəz var və o, yaşıl təbəqə ilə örtülüb.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020