Cəlilabad rayonu Hacıismayıllı kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Cəlilabad rayonunun Hacıismayıllı kəndində yerləşir.

İbadətgah düzbucaqlı formadadır və yaşıl rəngdədir. Məscidin tavanı taxtadandır, damı isə yaşıl rəngli məxməri təbəqə ilə örtülüb. İbadət evinin ön tərəfində bir neçə pəncərə və bir qapı var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün altı dəmir dirək üzərində dam artırılıb. İbadətgahın damında azan vermək üçün kvadrat günbəz var. Günbəzin damı yaşıl rəngli təbəqə ilə örtülüb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.