Cəlilabad rayonu Göytəpə qəsəbə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Cəlilabad rayonunun Göytəpə qəsəbəsinin Mehdi Hüseyn küçəsində yerləşir. İbadət evi 1992-ci ildə yerli sakin Hacı Sərdar Məşədi Əsgər oğlunun təşəbbüsü ilə inşa olunub. Bu barədə giriş qapısının sağ tərəfində yerləşən qara mərmər lövhədə də qeyd edilib. İbadətgahın ustaları Atababa İsayev, Cümşüd Ağayev və Xosrov Quliyev olub.

Məscid altıbucaqlı formadadır və mişar daşından tikilib. İbadət evinin damı dəmirdən, tavanı taxtadan, döşəməsi isə kərpicdəndir. İbadətgahın giriş tərəfində kərpicdən tikilmiş eyvan yerləşir. Eyvanın tavanı taxtadandır və üç tağın üzərində dayanır, döşəməsi isə daş plitələr ilə işlənib. Məscidin iki əsas taxta giriş qapısı mövcuddur.

İbadət evinin hündürlüyü 23 metr olan qoşa minarəsi və bir günbəzi var. Minarələr dəyirmi formadadır və ağ kərpicdən tikilib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.