Məscid Cəlilabad rayonunun Babalı kəndi ərazisində yerləşir.
İbadətgahın divarları mişar daşları ilə hörülüb. İbadət evinin tavanı ağacdandır. Məscidin dam örtüyü şiferdəndir və üzərində azan vermək üçün kvadrat günbəz var. İbadətgahın ön tərəfində səkkiz dirək üzərində dam artırılıb.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.