Cəlilabad rayonu Alar kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Cəlilabad rayonunun Alar kəndi ərazisində yerləşir. İbadətgah 1994-cü ildə yerli sakinlərin şəxsi vəsaiti hesabına tikilib.

İbadət evi düzbucaqlı formadadır. Məscidin tavanı taxtadandır, düzbucaqlı formadadır və üç dəmir sütun üstündə dayanır. İbadətgahın düzbucaqlı formada dörd pəncərəsi və taxtadan iki giriş qapısı var. İbadət evinin 12 metr hündürlüyündə bir günbəzi və 17 metr hündürlüyündə isə iki minarəsi var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.