Cəlayir kənd Cümə məscidi Cəlilabad rayonunun Cəlayir kəndi ərazisində yerləşir. Məscid yerli ustalar tərəfindən tikilmişdir.
Məscid dördbucaqlı formadadır və kərpicdən inşa edilmişdir. Tikilinin döşəməsi torpaq, tavanı isə taxtadan tikilmişdir. İbadət evinin damı kirəmitlə örtülmüşdür. Məscdin minarəsinin hündürlüyü 8 metr təşkil edir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.